Accessibility links

Senatın Kəşfiyyat komitəsi Rusiya ilə bağlı dinləmələr keçirəcək


Cümə axşamı ABŞ Kəşfiyyat Komitəsi Rusiyanın noyabr ayında keçirilən prezident seçkisinə müdaxiləsi ilə bağlı açıq dinləmə keçirəcək.

İctimaiyyətə açıq dinləmələrdən öncə, komitə sədri Şimali Karolinanın respublikaçı senatoru Riçard Burr və Virciniyanın demokrat senatoru Mark Uarner Rusiyanın ötən ilki seçkiyə müdaxiləsi ilə bağlı hərtərəfli və qərəzsiz istintaq aparacaqlarına söz veriblər.

“Markla mənim siyasi görüşlərimiz fəqrli ola bilər. Amma biz komitə qarşısındakı öhdəliklərimizə fəqrli yanaşmırıq. Bu öhdəlik isə kəşfiyyat komitəsinin etimad və ehtiramını qazanmaqdır ki, onlar məllumatları bizimlə açıq bir şəkildə bölüşə bilsinlər, çünki bu, bizim işimizi asanlaşdıracaq”, senator Burr deyib.

Uarner də bənzər fikirlər ifadə edib:

“Mən Riçard Burra etimad edirəm. Komitə üzvləri ilə birlikdə biz bu məsələni çözəcəyik.”

Burr bildirib ki, “məsələ ilə bağlı misli görülməmiş sayda məlumat əldə olunub" və komitə əlavə məlumatlar üçün kəşfiyyat icması ilə “mütəmadi danışıqlar” aparır. Bundan əlavə o, azı 20 nəfərin sorğu-sual ediləcəyini qeyd edib. Buna Trampın müşaviri və kürəkəni Cared Kuşner daxildir. O, panel qarşısında çıxış etməyi özü istəyib.

İndiyədək, Rusiya ilə bağlı təhqiqatı Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi aparırdı. Amma komitənin sədri respublikaçı konqresmen Devid Nunes komitə ilə bölüşmədiyi məxfi materiallar barədə şəxsən Donald Trampa məlumat verməsi ilə yaranan qalmaqal nəticəsində komitə bu həftəyə təyin olunan açıq dinləmələri təxirə salıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG