Accessibility links

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Maqnitski qanun layihəsi yekdilliklə təsdiq edilib


ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Maqnitski qanun layihəsi yekdilliklə təsdiq edilib.
Qanun layihəsinin əsas sponsorlarından biri, demokrat senator Bencamin Kardin səsvermədən dərhal sonra bəyanatla çıxış edib. O qeyd edib ki, insan hüquqlarını pozanlar Amerikanın maliyyə sistemindən bəhrələnə bilməz.

Xatırladaq ki, “Sergey Maqnitski-Qanunun aliliyi və məsuliyyət” adlanan qanun layihəsi Hermitage Capital Management şirkətinin vəkili Sergey Maqnitskinin ölümü ilə əlaqəsi olan Rusiya məmurlarına ABŞ ərazisinə səyahət məhdudiyyətləri tətbiq etməklə yanaşı, onların ABŞ yurusdiksiyası altında olan hesablarının dondurulmasını nəzərdə tutur.

Qanun layihəsi bundan əlavə Rusiyanın insan haqlarını ciddi şəkildə pozan hökumət nümayəndələrinə də şamil ediləcək.
Senator Kardin bildirib ki, sənəd qanuni qüvvə əldə etdikdən sonra insan hüquqlarına riayət edilməsi sahəsində güclü bir alət olacaq.

Senatının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat senator Con Kerri gələcək addımların Maliyyə Komitəsi ilə müzakirə ediləcəyini deyib.

Səsvermədə iştirak edən Hermitage Capital Management şirkətinin təsisçisi və prezidenti Ulyam Brauder “Amerikanın səsi”nə bildirib ki, Xarici Əlaqələr Komitəsinin təsdiqi qanun layihəsinin qüvvəyə minməsi sahəsində atılan mühüm bir addımdır.

Ulyam Brauder Senatdakı səsvermə olacaq növbəti addımı məqsədə nail olunduğuna işarə kimi qiymətləndirib.
Bundan əvvəl Senat və Konqresin nüfuzlu komitələrində təsdiq əldə edən sənəd daha iki mərhələdən keçməlidir: Senatda səsvermə və prezidentin imzası.
XS
SM
MD
LG