Accessibility links

ABŞ Senatının respublikaçı əksəriyyətinin lideri Mitç Makkonnel «nüvə variantı» adlanan tədbirə əl atıb. Beləliklə Konqresin yuxarı palatasında Ali Məhkəməyə üzv seçilməsi üçün adi qaydada səsvermə keçiriləcək.

Bundan bir neçə saat əvvəl demokratlar Nil Qorçasın məhkəmə təyinatının qarşısını almağa nail olub.

Qaydalara əsasən namizəd 100 senatorun 60 səsini əldə etməlidir. Lakin Qorsaça 100 faiz dəstək verən respublikaçılar 4 demokrat dəstək verərərək, 55-43 səslə nəticə əldə edib.

Respublikaçılar daha əvvəl demokratla kompromis əldə edilməsə, səsvermə qaydalarını dəyişəcəkləri barədə xəbərdarlıqla çıxış edib. Makkonnelin təşəbbüsünü 52 respublikaçı dəstəkləyib.

Mitç Makkonnel demokratların Senat tarixində ilk dəfə misilsiz bir böhran yaratdığını deyib. O, böhranın yalnız yeni qaydaların tətbiqi ilə həll oluna biləcəyi mümükünlüyü ilə izah edib.

Nil Qorçacın təsdiqi aprelin 7-də baş tuta bilər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG