Accessibility links

ABŞ Senatında təsdiq edildikdən sonra Çak Heygel bu gün ABŞ-ın yeni Müdafiə naziri kimi and içib. Pentaqonun yeni rəhbəri büdcə ixtisarları ilə əlaqədar Müdafiə nazirliyi qarşısında sınaqların durduğunu qeyd edib. Çak Heygel deyib ki, Müdafiə nazirliyi məsələlərin həlli yollarını tapmalıdır.

Keçmiş respublikaçı senatorun Müdafiə naziri vəzifəsinə nominasyası ilə bağlı son səsvermə dünən keçirilib. Tam tərkibdə səsvermənin gecikdirilməsinə səbəb Heygelin keçmiş respublikaçı həmkarlarının onun Yaxın Şərq və ABŞ-ın nüvə arsenalı ilə bağlı görüşlərinə dair narahatlıqları ilə əlaqədar olub.

Bəzi senatorlar Heygeli İrana qarşı çox yumşaq və İsrailə qarşı çox sərt mövqe tutmaqda günahlandırıb. Başqaları ilə isə onu 2007-ci ildə İraqa hərbi qüvvələrin göndərilməsinə qarşı çıxmaqla səhvə yol verdiyini bildiriblər.

Ancaq respublikaçılar nəhayət öz tənqidlərini bir kənara qoyub, Heygelin nominasyasının təsdiqlənməsinə imkan yaradıblar.

Prezident Barak Obama Heygelin nominasiyasının təsdiq edilməsini alqışlayıb və bildirib ki, Birləşmiş Ştatlar hərbi qüvvələrinə layiq olduğu lideri və müdafiə nazirini seçib.

Heygel Pentaqon üçün mürəkkəb bir dövrdə nazirliyə rəhbərlik edəcək. Əfqanistanda müharibənin sona çatması nəticəsində Pentaqon büdcə ixtisarları ilə üzləşib. “Sekvester” kimi tanınan xərclərin avtomatik ixtisarının cümə günündən qüvvəyə minməsindən sonra müdafiə nazirlyiinin büdcəsinin milyardlarla dollar məbləğində itkilərlə qarşılacağı gözlənilir.

Heygel təqaüdə çıxan Pentaqon rəhbəri Leon Panettanı bu vəzifədə əvəz edəcək. O, Pentaqona rəhbərlik edəcək ilk Viyetnam müharibəsi veteranıdır.
XS
SM
MD
LG