Accessibility links

Senat mübahisəli neft kəməri layihəsini təsdiq etməyib


Demokratların nəzarətində olan Senat Kanadadan Texasa qədər uzanacaq Kistoun (Keystone) neft kəməri lahihəsini təsdiq etməyib. Neft kəməri layihəsinin ətraf mühitə təsirləri ictimiayyətdə ciddi müzakirələrə yol açmışdı.

Layihənin təsdiq edilməsi üçün 100 üzvü olan Senatda lazımi 60 səs yığılmayıb. Prezident Obama Senatda təsdiq edildiyi halda qanun layihəsinə veto qoyacağı ilə bağlı xəbərdarlıq etmişdi. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası keçən həftə layihəni səs çoxluğu ilə təsdiq edib.

Uzunluğu 1900 kilometr olan kəməri vasitəsilə neftin Kanadadan ABŞ-ın Meksika körfəzindəki neft emal edən zavodlara çatdırılması nəzərdə tutulurdu.

Layihənin tərəfdarları neftin daha effektiv tranziti ilə yanaşı, minlərlə yeni iş yerlərinin açılmasını qeyd edir. Onun əleyhdarları isə neft kəmərinin ətraf mühit və sağlamlığa mənfi təsirləri olacağını bildirir.

Senatda respublikaçıların lideri Mitç Makkonnell gələn il respublikaçılar Konqresin hər iki palatasına nəzarəti ələ alandan sonra layihənin yenidən səsə qoyulmasını gözlədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG