Accessibility links

Senatın büdcə böhranına son qoymaq planına diqqət artır


ABŞ Senatında respublikaçıların hökumətin maliyyələşdirilməsi ilə bağlı siyasi böhrana son qoymaq planı prezident Obamanın Nümayəndələr Palatasında respublikaçılarla razılığa gəlmək səyləri baş tutmadığı bir vaxt daha çox diqqət cəlb etməyə başlayıb.

Respublikaçı senator Süzan Kollinzin təklif etdiyi planda ABŞ hökumətinin fəaliyyətinin hazırkı səviyyədə daha altı ay müddətinə maliyyələşdirilməsi nəzərdə tutulur.

Burada eyni zamanda, hökumətin borc götürmək səlahiyyəti yanvar ayına qədər uzaldılır. ABŞ hökuməti borclarını ödəmək üçün çərşənbə axşamına qədər məhdud maliyyə fondlarına malikdir.

Bu arada, Konrqesin Nümayəndələr Palatasının spikeri Con Beyner partiyasının üzvlərinə prezident Obama ilə 12 gündür hökumət idarələrinin bir hissəsinin bağlı qalmasına son qoymaq üçün aparılan danışıqların durğunluq vəziyyətinə düşdüyünü deyib.

Qanunvericilər kompromisin əldə edilməsi məqsədilə bağlı qapılar arxasında iclaslar keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG