Accessibility links

ABŞ Senatı milli kəşfiyyat proqramını təsdiq etdi


Azadlıq Aktı konqresdə qızğın debatlara səbəb olmuşdu

ABŞ Senatı hökumətin milli kəşfiyyat proqramın səsvermədə təsdiq edib.

Bundan az öncə ABŞ Azadlıq Aktı Nümayəndələr Palatasının təsdiqini əldə etmişdi. Senatda səsə qoyulan düzəlişlər milyonlarla insanın telefon əlaqələrinin izlənməsinə son qoyaraq, bunu telefon şirkrətlərinin ixtiyarına verəcək.

Lakin hökumət terrorizmlə mübarizə məqsədi ilə məhkəmə qərarı ilə telefonları izləyə biləcək.

Senatda Respublikaçı çoxluğun lideri Mitch McConnell qanuna bir sıra düzəlişlər təqdim edib.
Senatda Respublikaçı çoxluğun lideri Mitch McConnell qanuna bir sıra düzəlişlər təqdim edib.

Sənədə təklif edilən düzəlişlər Senatın təsdiqini əldə etdikdən sonra Nümayəndələr Palatasına təqdim ediləcək.

Ağ Ev Senatı Nümayəndələr Palatasının vesiyasını qəbul etməyə çağırıb.

Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin iki üzvü-respublikaçı sədr Bob Qodlatte və demokrat Con Konyers əlavə dəyişikliklərin qəbul edilməyəcəyi barədə xəbərdarlıq verib.

Palatanın təklif etdiyi düzəlişlər 2001-ci ildə Konqresin təsdiq etdiyi Vətənpərvər Aktını əvəz edəcək.

İslahatlar 2016-cı ildə prezident yarışlarına qatılacaq Respublikaçı Senator Rand Pol tərəfindən rədd edilib. O, Milli Kəşfiyyat Aktını amerikalıların şəxsi həyatına müdaxilə kimi qiymətləndirib.

Respublikaçı senator Con Makkeyn Polun milli təhlükəsizlikdənsə, vəsait toplama və siyasi ambisiyalara üstünlük verdiyini bildirib.

ABŞ prezidenti Barak Obama da Nümayəndələr Paltasıın təklifini dəstəkləyib.

Hökumətin telefonları izləməsi iki il əvvəl Milli Kəşfiyyat Agentliyinin kontraktoru, hazırda Rusiyada sığınacaq alan Edvard Snouden tərəfindən ictimaiyyətə açıqlanmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG