Accessibility links

Senat telefon dinləmələrini məhdudlaşdıracaq qanun layihəsini qəbul etməyib


ABŞ Senatı Milli Təhlükəsizlik agentliyinin ölkə daxilində telefon danışıqları haqda kütləvi məlumatların toplanmasına son qoyulması haqda Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinin qarşısını alıb.

Senatda gecədən bir qədər sonra keçirilmiş səsvermə zamanı qanun layihəsinin lehinə 57, əleyhinə isə 42 səs verilib. Keçən həftə Nümayəndələr Palatasında böyük səs çoxluğu ilə qəbul edilmiş qanun layihəsinin Senatda keçməsi üçün 60 səs lazım idi.

ABŞ Azadlıq aktı (USA Freedom Act) adı ilə tanınan qanun layihəsi Nümayəndələr Palatasında 338 lehinə, 88 əleyhinə səslə qəbul edilib.

Ölkə daxili telefon danışıqları haqda vaxtı, tarixi və müddəti də daxil olmaqla kütləvi məlumatların toplanması əvəzinə Nümayəndələr Palatasının təklif etdiyi qanun layihəsində Milli Təhlükəsizlik agentliyinin milli təhlükəsizlik məsələləri ilə məşğul olan gizli məhkəmənin qərarından sonra özəl telefon şirkətlərindən məlumat alması nəzərdə tutulur.

Telefon danışıqları haqda məlumatların kütləvi şəkildə toplanması proqramı 2013-cü ildə Milli Təhlükəsizlik agentliyinin keçmiş kontraktoru Edvard Snoudenin bu proqramların mövcudluğunu ictimaiyyətə açıqlamasından sonra vətəndaş azadlıqları müdafiəçilərinin kəskin tənqidinə səbəb olmuşdu.

XS
SM
MD
LG