Accessibility links

Senat Rusiyanı Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarından öz qüvvələrini çıxarmağa çağırır


Senator Ceyn Şahin

Senator Ceyn Şahin

Sənəd Nyu Hempşir ştatından demokrat senator Ceyn Şahin və Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrehem tərəfindən təqdim edilib

Birləşmiş Ştatlar Senatı ABŞ-ın Gürcüstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyinin ifadə edildiyi qətnaməni yekdilliklə qəbul edib.

Sənəddə Rusiyanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyini pozduğu qeyd edilir və münaqişənin Gürcüstanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri daxilində dinc və ədalətli həllinə çağırılır.

ABŞ Senatı həmçinin Rusiya hökumətini və Cənubi Osetiya və Abxaziyaya nəzarət edən tərəfləri qaçqınların və beynəlxalq missiya nümayəndələrinin regionlara qayıtmasına imkan verməsinə səsləyir. Qətnamədə deyilir ki, ABŞ münaqişənin dinc yolla həllini prioritet hesab edir.

Sənəd Nyu Hempşir ştatından demokrat senator Ceyn Şahin və Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrehem tərəfindən təqdim edilib.

Senator Şahin veb səhifəsində yerləşdirdiyi açıqlamada sənədin yekdilliklə Senatda qəbul edilməsindən razılığını ifadə edib, lakin regionda vəziyyətin hələ də qeyri-sabit olduğunu qeyd edib.

Senator Qrehemin açıqlamasında isə Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsi təcavüz aktı adlandırılır.

Şahin və Qrehem Senatda ABŞ və Gürcüstan arasında əlaqələrin gücləndirilməsi səylərinə rəhbərlik edir. Senatın Xarici Əlaqələr Komitəsinin Avropa Məsələləri üzrə Alt Komitəsinin sədi olan senator Ceyn Şahin 2009-cu il avqust ayında Rusiya və Gürcüstan arasında müharibənin ildönümü münasibətilə Gürcüstanda vəziyyətə dair dinləmələr təşkil etmişdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG