Accessibility links

Senatın Xarici ƏIaqələr komitəsinin dinləmələrində soyqırım məsələsi gündəmə gəlib


Senatın Xarici ƏIaqələr komitəsinin dinləmələrində soyqırım məsələsi gündəmə gəlib
Senatın Xarici ƏIaqələr komitəsinin dinləmələrində soyqırım məsələsi gündəmə gəlib

Prezident Obamanın Ermənistanda ABŞ səfiri vəzifəsinə namizədi Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində soyqırım sözünü işlətməsə də Osmanlı imperiyasının son illərində 1,5 milyona qədər erməninin qətlə yetirildiyini fikri ilə razılaşdığını bildirib.

ABŞ-ın Ermənistana yeni səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Con Heffern Senatın Xarici Əlaqələr Komitəsinin keçirdiyi dinləmələrdə senatorların suallarına cavab verib. Con Heffern dinləmələr zamanl Xarici Əlaqələr Komitəsinin üzvü, Nyu-Cersi ştatından senator Bob Menendezin Osmanlı imperiyası tərəfindən 1,5 milyon ermənin mütəşəkkil, sistematik şəkildə qırıldığı yəni soyqırımına məruz qalması hadisəsibi qəbul edib etmədiyi barədə sualın cavabında soyqırım sözünü işlətməsə də Osmanlı imperiyasının son illərində 1,5 milyona qədər erməninin qətlə yetirildiyini fikri ilə razılaşdığını bildirib. O eyni zamanda cavabında prezident Obamanın məsələ barədəki çıxışlarını xatırladıb.

Dinləmələrdə Robert Menendezin sualının cavabında Heffern cavabı dəqiq bilmədiyini etiraf etməklə yanaşı indiki Türkiyə Cümhuriyyətinin Osmanlı imperiyasının varisi olduğu fikri ilə razılaşdığını deyib.

Senatın Xarici Əlaqələr Komitəsi xarici ölkələrdə ABŞ-ın səfiri vəzifəsinə təyin olunmuş şəxslərin namizədliyini müzakirə edib səsverməyə çıxarır.

Konqresdə iyulun 13-də keçiriləb dinləmələr zamanı ABŞ-ın Makedoniyada səfiri vəzifəsinə Pol Volers və Moldovada səfiri vəzifəsinə Vilyam Moserin namizədliyi də müzakirə olunub.

Heffernin namizədliyi komitə və Senat tərəfindən təstiq olunsa, o bu vəzifəyə üç il əvvəl prezident Corc Buş tərəfindən təyin olunmuş Marie L. Yovanovitchi əvəzələyəcək.

Con Heffern xarici siyasət idarəsinə 1982-ci ildən qoşulub. Daha çox Şərqi Asiya üzrə ixtisaslaşıb. İndiyə qədər Malayziya, Yaponiya və İndonizaya ilə bağlı işlərdə çalışıb. Hazırda ABŞ –ın NATO-dakı daimi nümayəndəsinin müavinidir.

XS
SM
MD
LG