Accessibility links

Senator Makkeyn Kabildə Həmid Karzayla danışıqlar aparır

  • Amerikanın səsi

Senator Makkeyn Kabildə Həmid Karzayla danışıqlar aparır

Senator Makkeyn Kabildə Həmid Karzayla danışıqlar aparır

ABŞ senatoru Con Makkeyn ümid etdiyini bildirib ki, Əfqanıstanla NATO arasında strateji tərəfdaşlıq haqda razılıq alyansın may ayında keçiriləcək konfrasından öncə yekunlaşdırılacaq. Senator Makkeyn dörd senatorla bərabər prezident Həmid Karzayla danışıqlar aparmaq üçün Kabilə gəlib.

“Biz inanırıq ki, gecə reydləri hərbi missiyaların yerinə yetirilməsi və qüvvələrimizin maksimum təhlükəsizliyini qorumaq üçün çox vacibdir. Biz cənab Karzaya inandığımızı çatdırdıq ki, gecə reydlərinə son qoyulması bizim kişi və qadın əsgərlərimizin həyatını risk qarşısında qoya bilər ki, biz də bununla heç zaman razılaşa bilmərik,” deyə senator Makkeyn bildirib.

ABŞ senatoru həmçinin qeyd edib ki, beynəlxalq qüvvələrin Əfqanıstandan 2014-cü ildə çıxmasının planlaşdırılması Talibanla uğurlu sülh danışıqlarının aparılmasını bir qədər də çətinləşdirəcək.

XS
SM
MD
LG