Accessibility links

Senator Ben Kardin: Yunusların məsələsini diqqətdə saxlayıram!


 Ben Kardin - ABŞ Helsinki Komissiyası sədri

Ben Kardin - ABŞ Helsinki Komissiyası sədri

Amerikanın Səsinə açıqlama verən Senator Ben Kardinin ofisi bildirib ki, onun sədri olduğu ATƏT Helsnki Komissiyası Leyla və Arif Yunusa qarşı siyasi təqibləri diqqətdə saxlayacaq. Senator Kardin komissiya üzvlərinə bu məsələ ilə bağlı mütəmadi şəkildə şəxsən məlumatlandırılmasına tapşırıq verib.

Bundan bir az öncə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (ABŞ Helsinki Komissiyası) sədri - senator Bencamin Kardin təmsil etdiyi qurumun adından Leyla və Arif Yunusların davamlı təhdid olunması ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

"Mən Azərbaycan hökumətinin Leyla və Arif Yunuslara qarşı təhqiqat aparmasından narahatam. Onların saxlanması, evlərində axtarış aparılması, Azərbaycandan çıxa bilməməkləri bu şəxslərin siyasi motivli təqibin hədəfinə çevriləcəyinin əlamətidir. Azərbaycan hökumətini təcili olaraq hüququn aliliyinə hörmət öhdəliyinə əməl etməyə çağırıram".

Helsinki Komissiyasına ABŞ Senatının doqquz, Nümayəndələr Palatasının doqquz üzv, Dövlət, Müdafiə və Ticarət departamentlərinin hərəsindən bir üzv daxildir. Senatorların sırasında Benjamin L. Kardin (sədr), Sheldon Whitehouse, Tom Udall, Jeanne Shaheen, Richard Blumenthal, Roger F. Wicker, Saxby Chambliss, John Boozman yer alır. Nümayəndələr Palatasından isə Helsinki Komissiyasında Christopher H. Smith (həmsədr), Joseph R. Pitts, Robert B. Aderholt, Phil Gingrey, GeoMichael C. Burgess, Alcee L. Hastings, Florida, Louise McIntosh Slaughter, Mike McIntyre, Steve Cohen təmsil olunur.

Aprelin 28-i gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus Bakı aeroportundan Qətərin paytaxtı Doha şəhərinə yola düşərkən saxlanıb. Onların ölkədən çıxmasına icazə verilməyib. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilib.
XS
SM
MD
LG