Accessibility links

Senator Makkeyn beynəlxalq qüvvələri Suriyaya müdaxiləyə hazır olmağa çağırır


ABŞ-ın nüfuzlu qanunvericilərindən biri olan senator Con Makkeyn deyib ki, bir qrup ölkələrin silahlı qüvvələri Suriyada kimyəvi silah anbarlarının təhlükəsizləşdirmək üçün ölkəyə müdaxiləyə hazır olmalıdır.

Arizona ştatından respublikaçı senatorun sözlərinə görə, ABŞ silahlı qüvvələri Suriyaya müdaxilə etməməlidir, lakin beynəlxalq hərbi qüvvələr ölkəyə daxil olub, kimyəvi silahların vətəndaş müharibəsində iştirak edən islamçı yaraqlıların əlinə keçməsinin qarşısını almaq üçün əməliyyatlara hazır vəziyyətinə gətirilməlidir. “Ölkədə bir sıra kimyəvi silah anbarı var. Onlar cihadçıların əlinə düşməməlidir”-deyə senator Makkeyn bildirib.

2008-ci ildə prezidentliyə namizəd olmuş nüfuzlu respublikaçı senator bu açıqlamaları NBC tel-şirkətinin “Mətbuatla görüş” proqramında müsahibə zamanı verib.

Ağ Ev keçən həftə Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinin Suriyada iki ildir sürən vətəndaş müharibəsinin gedişində belə görünür kiçik miqyasda kimyəvi silahlardan istifadə etdiyini bəyan edib. Suriya kimyəvi silahlardan istifadə olunduğunu rədd edir.

ABŞ hökuməti Əl-Qaidə ilə əlaqəsi olan islamçı üsyanlıarın kimyəvi silahları ələ keçirə biləcəyindən ehtiyat edir. Vaşinqtonun və onun müttəfiqləri Əsəd hökuməti sütuqa uğradığı halda, quru qüvvələrin Suriyaya müdaxiləsinin mümkün ssenarilərini müzakirə edir.

Suriyada iki ildir sürən vətəndaş müharibəsində ölənlərin sayının 70 mindən çox olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG