Accessibility links

ABŞ senatorları İrana qarşı sanksiyaların yüngülləşdirilməsini istəyir



ABŞ-ın hər iki partiyadan olan bir qrup senatoru Tehranın nüvə proqramını dayandırması istiqamətində mühüm addımlar atdığı halda, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə yol verilməyəcəyini bildirib.

Keçən həftə prezident Barak Obamaya ünvanlanan məktubda 10 senator ABŞ və başqa ölkələrin İranın uran zənginləşdirilməsi proqramını dayandırması müqabilində yeni sanksiyaların dayandırılması kimi bir razılığı nəzərdən keçirməli olduğunu yazıb.

Lakin İranın dünya qüdrətləri ilə danışıqlarda uran zənginləşdirilməsi proqramını dayandırması təklifi ilə çıxış edəcəyi gözlənilmir.

Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya çərşənbə axşamı və çərşənbə günləri Cenevrədə İranla Tehranın nüvə proqramını müzakirə edəcək.

ABŞ-ın adının çəkilmədiyi yüksək səviyyəli bir rəsmisi deyib ki, “heç kəs bir gündə böyük dəyişikliyin olacağını gözləmir”. O, qarşıdan gələn danışıqları “olduqca mürəkkəb” kim təsvir edib.
XS
SM
MD
LG