Accessibility links

Seneqal İranla diplomatik əlaqələrini kəsdiyini bildirib


Seneqal İranla diplomatik əlaqələrini kəsdiyini bildirib
Seneqal İranla diplomatik əlaqələrini kəsdiyini bildirib

Sözcü İrana məxsus silahların Seneqal əsgərlərinin qətlə yetirilməsində istifadə olunmasından hökumətin qəzəbləndiyini bildirib

Seneqal Tehranın hökumət əleyhinə militantları silahla təmin etdiyinə görə bu gün İranla diplomatik əlaqələri kəsdiyini bildirib. Seneqalın Xarici İşlər Nazirliyinin sözcüsü bildirib ki, bazar günü Kasamans Demokratik Qüvvələrinə məxsus yaraqlılar tərəfindən həyata keçirilən hücumda İrandan qaynaqlanan silahlardan istifadə olunub. Hadisə zamanı üç Seneqal əsgəri qətlə yetirilib və bir neçəsi yaralanıb.

Sözcü İrana məxsus silahların Seneqal əsgərlərinin qətlə yetirilməsində istifadə olunmasından hökumətin qəzəbləndiyini bildirib.

Oktyabr ayında İrandan göndərilən silahlarla dolu 13 konteyner Niqeriya portu Laqosda saxlanılana qədər Seneqalla İranın möhkəm diplomatik əlaqələri var idi.

XS
SM
MD
LG