Accessibility links

Qaradərili qadınların ağarmaq meyli



Dakardakı adi kosmetika mağazasında dərinin rəngini açam krem və sabunlar satışa qoyulub.

Seneqal qadınları dünyanın başqa yerlərində qadınların özlərini dəyişmək istədikləri kimi onlar da gözəlliyin bəzi standartlarına nail olmaq istədiklərini deyir. Məsələn ərə getmək, adam arasında seçilmək və ya hər hansısa tədbirə hazırlıq üçün.

Qadınlar dəri rəngini ağardan kosmetik məmulatların gözləri və dərini yandırdığından şikayətlənir. Güclü kimyəvi maddələr dərinin toxumalarını zəiflədir, infeksiyalar və ya ləkələrə səbəb olur. Lakin buna baxmayaraq, onlardan hələ də istifadə edilir.

“Məni narahat edən rəng” adlı filmin müəllifi,kino-rejissor Xardiata Pouye Sall keçən il beynəlxalq mükafata layiq görülüb. "Mən qadınları xəbərdar edəcək qorxulu halları nümayiş etdirmişəm. Onların çoxları təhlükəni, başlarına nə gələcəyini bilərək bu məhsullardan istifadə edir. Qadınlara qara dərinin çirkinlik olmadığını izah etmək olduqca çətindir. Bu, onların beyinlərindədir. Kişiləri və icmalarını razı salmağın yolları onların öz əllərindədir. "

Sallın dediyinə görə, hökumət kosmetika bazarlarını tənzimləməlidir. Qadınlar isə rənglərin ağardılmasının artıq dəbdə olmadığına dair maarifləndirilməlidir.
XS
SM
MD
LG