Accessibility links

Gender bərabərliyi qanunu qəbul olunduqdan sonra ilk dəfə iyul ayının 1-də keçirilən seçkilərdə qadın namizədlərin sayında artım müşahidə olunub.

Bazar ertəsi Seneqalda yeni parlamentin innaqurasiya mərasimi keçiriləcək. Parlamentə koalisiyada böyük səs çoxluğu ilə qalib gələn Prezident Maky Salın partiyası rəhbərlik edəcək.

Cənab Sal Bok Yakarın koalisiyası bu ayın əvvəli keçirilən seçkilər nəticəsində parlamentə 150 nəfərlik yerdən 119-na sahib olub.

Qanunverici orqana 65 qadın üzv seçilib, bu isə keçmiş parlamentdə olduğundan iki dəfə çoxdur.

Seneqalda gender bərabərliyinə dair qanun qəbul olunduqdan sonra ilk dəfə iyul ayının 1-də keçirilən seçkilərdə qadın namizədlərin sayının artdığı müşahidə olunub.

Parlament üzvlərinin fəaliyyət dövrü beş ildir.
XS
SM
MD
LG