Accessibility links

Xoşqədəm Baxşəliyeva: "İlin son verilişində 50 illik ayrılığa son qoyulacaq" [Audio]


Həqiqətən də komanda olaraq çox fikirləşdik. İl boyu reytinqlərdə birinci olan bir veriliş, eyni zamanda, insanların ümidlə baxdığı, bəzilərinin göz yaşı ilə baxdığı, fərqli yanaşmalar olan bir verilişi necə edək. Heç olmasa ilin sonunda göz yaşı az olsun. Tamaşaçılar fərqli, maraqlı bir “Səni Axtarıram” proqramını izləyəcək. Qəhrəmanımız 50 il, yarım əsrdən sonra ilk dəfə olaraq atası ilə görüşəcək.

Azərbaycanda populyar “Səni Axtarıram” proqramının aparıcısı Xoşqədəm Baxşəliyeva 2012-ci ildə ilin son proqramına xoşbəxt sonluqların qəhrəmanlarını dəvət edib. Xoşqədəm xanım deyir ki, ilin sonu verilişində insanları ağlatmaq, yeni il qarşısında göz yaşları tökməsini istəmir. Yeni il planlarına gəldikdə o, uzun illər və yollardan keçib bir-birinə qovuşan insanlar və ailələrdən, bir əsrlik həsrətdən, Qarabağ müharibəsindən keçmiş bir ailənin inanılmaz həyat hekayəsindən danışır.

“Səni Axtarıram” proqramının yaradıcı heyəti və aparıcısı yeni ildə tamaşçılara həyəcan dolu görüşlər vəd edir. Xoşqədəm Baxşəliyeva ilə söhbətə ilin son proqramına hazırlıqlardan başladıq.


  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Show comments

XS
SM
MD
LG