Accessibility links

“Sensorwake” - Sensorlu oyatma sistemi [Video]


Qəhvə sevənlər üçün gün azı təzə hazırlanmış qəhvənin iyi olmadan başlamaz. Hazırda zəngli yeni saat qəhvəni içməzdən əvvəl onun iyini hiss etməyə imkan verir.

Bu, sizin günü necə başlamanızdan asılıdır. Belə əsəbləşdirici zənglər və ya səslər əvəzində indi “Sensorwake”, yəni sensorlu oyatma sistemi hazırlanıb ki, havaya buraxılan müxtəlif iylər size tədricən oyadır.

Səhər tezdən oyanmağı sevməyən fransız ixtiraçı bir neçə il əvvəl qarajında satin prototipini yaradıb. “Sensorwake”in ixtiraçısı Giom Rolland: “Biz kapsulların içərisinə iyli dənəciklər yerləşdiririk və hava vasitəsi ilə iyi kapsuladan xaricə vururuq.

Espresso qəhvəsi, nanə, ot və digər iylər 15 dəqiqə müddətində yayılır. “Siz istyədiyiniz iy olan kapsulu zəngli saatin içərisinə yerləşdirirsiniz. Məsələn, nanə iyi olan kapsul 3 dəqiqədən sonra elə güclü iy verəcək ki, siz yuxudan yaxşı əhval-ruhiyyə ilə oyanacaqsınız” deyə, ixtiraşı bildirir.

İstifadəçilər eləcə də qızarmış çörək, krossan, şokolad, hətta dəniz ətrindən istifadə edə bilər. Hər kapsuldan 30 dəfə istifadə etmək olar.

Bu, yüngül ətirlər yatdığınız müddət davam edir, lakin sizin oyanmalı olduğunuz vaxta bir neçə dəqiqə qalmış güclənməyə başlayır. Bəs yuxudan oyana bilməsəniz necə? “Məsələn, burnunuz tutulub, yaxud çox dərin yatmısınızsa, onda 3 dəqiqədən sonra iyi musiqi əvəz edir.”

Sensorwake” hər səhər xoş emosiyalar və şirin xatirələrlə oyanmaları təmin edir.

XS
SM
MD
LG