Accessibility links

11 Sentyabr Xatirə Muzeyi açılır


Bu gün ABŞ prezidenti Barak Obama Nyu Yorkda 11 Sentyabr Xatirə Muzeyinin açılışında iştirak edib. Gələn həftədən etibarən muzey ictimayyətin üzünə açıq olacaq.

Muzey 2001-ci il sentyabrın 11-də Birləşmiş Ştatlara edilən terror hücumunun dəhşətini əks etdirir. Bu tarixdə Əl-Qaidə terrorçuları sərnişin təyyarəsini qaçıraraq Dünya Ticarət Mərkəzinin yerləşdiyi əkiz göydələnlərə çırpmışdılar.

700 milyon dollarlıq muzey və xatirə plazasının tikintisi bir neçə ilə başa gəlib.

Muzey demək olar ki, tamamilə yerin altındadır və bir vaxtlar Dünya Ticarət Mərkəzinin polad sütununun yerləşdiyi yerə qədər uzanır.

Vaşınqton şəhərinin yaxınlığında yerləşən Pentaqon və Pennsilvaniya ştatının Şanksvil ərazisi də daxil olmaqla 11 sentyabr terror hücumlarında təxminən 3000 min insan həlak olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG