Accessibility links

Amerikanın Azərbaycandakı səfirliyi 11 sentyabr qurbanlarını anıb


Amerikanın Azərbaycandakı səfirliyinin icma üzvləri 11 sentyabr qurbanlarını anıb

Amerikanın Azərbaycandakı səfirliyinin icma üzvləri 11 sentyabr qurbanlarını anıb

ABŞ səfirliyinin icma üzvləri adından Azərbaycan Küçə Uşaqları Sığınacağı üçün ianələr çatdırılıb

Amerikanın Azərbaycandakı səfirliyinin icma üzvləri, İREX Azərbaycan və Amerika Şurasının nümayəndələri, habelə UGRAD və FLEX proqramlarının məzunları 11 sentyabr 2001-ci il tarixində Nyu York və Vaşinqton şəhərlərində törədilmiş terror hücumlarının ildönümünü anmaq məqsədilə ictimai xidmət günündə iştirak edib.

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, könüllülər ABŞ səfirliyinin icma üzvlərinin adından Azərbaycan Küçə Uşaqları Sığınacağı üçün ianələr çatdırıb, yeni yataqlar və qurğuları yerləşdirməklə xidmətlərini təklif edib. Səfir Riçard Morninqstar da sığınacağa baş çəkib və çıxış edərək terror hücumunun qurbanlarını anıb.

Prezident Obamanın çağırışı əsasında “2009-cu il Edvard Kennedi Amerikaya Xidmət Aktı” tərəfindən 11 sentyabr Milli Xidmət və Anma Günü elan edilib. Amerikalılar bu faciəvi hadisədən sonra öz yaşadıqları icmalarda xidmət göstərməyə çağırılır.

Səfir Morninqstar deyib: “Səfirliyimizin bu sığınacaqla birgə işləməsi və uşaqların həyatını bir az asanlaşdırması Azərbaycan icmasına qarşılıqlı yardım etmək səylərini əks etdirir. Sığınacaqdakı birgə səylərimiz ABŞ-Azərbaycan münasibətlərinin simvolu olmalıdır. Biz azərbaycanlı dostlarımızla birgə bu münasibətləri genişləndirmək və burada yaşayanların həyatlarını yaxşılaşdırmaq üçün çalışırıq”.

İanə üçün istifadə olunan vəsaitin böyük hissəsi 1995-ci ildə Tayvanda xidmət göstərərkən vəfat etmiş Xarici Xidmət Rəisi Kirby Simonun xatirəsinə yaradılmış xeyriyyə fondu, J.Kirby Simon Xarici Xidmət Tresti tərəfindən təmin olunub. Trest icma xidmətlərinin imkanlarını genişləndirmək, Xarici Xidmət işçilərinin, onların ailələrinin professional və şəxsi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Trest Kirby Simonun həmkarları, dostları, qohumları və maraqlı olan digər şəxslərin ianələri ilə maliyələşdirilir.

Azərbaycan Uşaqlar Birliyinin (AUB) bir hissəsi olan Küçə Uşaqları üçün Sığınacaq 2007-ci ildə açılıb, küçədə yaşayan uşaqları ev və yataq yerləri ilə təmin edir. AUB-un missiyası “uşaqları və yeniyetmələri müstəqil həyata hazırlamaqdır”.
XS
SM
MD
LG