Accessibility links

Dünyada qanunsuz siqaret satışının qarşısı alınacaq


Dünya Ticarət Mərkəzinin hesablamalarına görə dünyada satılan hər 10 siqaretdən biri qanunsuz yollarla gəlir

170 ölkə qanunsuz tütün biznesinin qarşısını almaq üçün yeni beynəlxalq müqaviləyə dair razılığa gəlib. Bu gün Cənubi Koreyanın Seul şəhərində hökumət və beynəlxalq təşkilatların nümayəndələri arasında keçirilən görüşdə tərəflər yekdilliklə müqaviləni təsdiqləyib.

Sənədə əsasən, siqaret qutusunun üzərində silinməsi mümkün olmayan yoxlama kodları tətbiq etmək barədə yeni qlobal sistemin yaradılması nəzərdə tutulur.

Bu, saxta tütün istehsalçıları və distribyutorların izlənib tapılmasını asanlaşdıracaq.

Tütünə Nəzarətı dair çərçivə konfransında ıxış edən Dünya Ticarət Təşkilatının direktoru Marqaret Çan deyib ki, yeni sistem beynəlxalq tütün satışında cinayətlərin qarşısının alınması məqsədilə dünya ölkələri üçün yeni vasitələr yaradır.

Dünya Ticarət Mərkəzinin hesablamalarına görə, dünyada satılan hər 10 siqaretdən biri qanunsuz yollar vasitəsi ilə əldə edilir və bu hökumətlərə hər il vergidə 40 milyard dollardan çox zərər vurur.

Yeni sistemin tətbiqi üçün 40-dan çox ölkə onu təsdiq etməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG