Accessibility links

SEPAH-ın keçmiş komandanı prezident seçkisinə qatılacaq


Möhsün Rzayi 2009-cu ilin prezident seçkisinə də namizəd kimi qatılıb

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayi 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini bəyan edib. Bu barədə “Media forum” saytı məlumat verib.

Möhsün Rzayi 2009-cu ilin prezident seçkisinə də namizəd kimi qatılmışdı. Onun rəqibləri hazırkı prezident Mahmud Əhmədinejad, islahatçıların liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi olmuşdu. Mirhüseyn Musəvi və Mehdi Kərrubi seçkinin nəticələrinə etiraz etdiklərinə görə hazırda ev dustaqlığında saxlanırlar.

XS
SM
MD
LG