Accessibility links

Sepah rəsmisi: İranda bu gün əsas təhlükə daxili düşməndir


Sepah rəsmisi: İranda bu gün əsas təhlükə daxili düşməndir
Sepah rəsmisi: İranda bu gün əsas təhlükə daxili düşməndir

Hüseyn Həmədan bildirib ki, yolunu azmış son cərəyan İran inqilabının ilk illərində də var idi. Lakin, İmam Xomeyni bəsiciləri küçələrə çıxardaraq onların qarşısını aldı.

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvü, Tehranın “Məhəmməd Rəsulullah” ordusunun komandanı Hüseyn Həmədani mayın 13-də jurnalistlərə açıqlamasında sərt ifadələr işlədib.
“Media forum” saytının məlumatına görə, Hüseyn Həmədani İran prezidenti Mahmud Əhmədinejad və onun komandasını dolayı yolla kəskin tənqid edib: “Bu gün əsas təhlükə daxili düşməndir. Bu barədə ayıq-sayıq olmalıyıq. Biz xarici düşmənlərlə yaxşı vuruşub, bu yolda uğur qazanmışıq. Həm inqilab və sistemin dostları, həm də düşmənlər və fitnə ilə məşğul olanlar bilməlidirlər ki, bəsicilər (hökumət tərəfdarı könüllülər dəstəsi – red.) keçmişdə olduğu kimi yenə də meydanlardadırlar. Onlar şəhidlər və müharibə illərindəki döyüşçülərin haqlı varisləridir.
Düşmənlər bilməlidirlər ki, İran xalqı çoxlu sınaqlardan keçərək onları geridə buraxıb. Yolunu azmış həmin son cərəyan İran inqilabının ilk illərində də var idi. Lakin İmam Xomeyni bəsiciləri küçələrə çıxardaraq onların qarşısını aldı”.

XS
SM
MD
LG