Accessibility links

“Sepah” Azərbaycan Milli Hərəkatı ilə bağlı Xamneyinin nümayəndəsinə gizli məktub yazıb


sepah.iran
sepah.iran

İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) Azərbaycan Milli Hərəkatı ilə bağlı İranın ali ruhani rəhbəri Ayətullah Əli Xamneyinin Ərdəbildəki nümayəndəsinə gizli məktub yazıb. Məktubda “Sepah”ın Milli Hərəkat fəallarının fəaliyyətindən vahiməyə düşdüyü açıq-aydın görünür.

GünAz TV-nin veb səhifəsind əks olunan məktubun surətində məlum olur ki, məktub ötən “21 Azər” ərəfəsində qələmə alınıb.

2014-cü il dekabrın 16-da yazılan məktubun mövzusu “separatçıların `21 Azər` özəl dərgisi”ndən ibarət olub.

Məktubda yazılıb: “Etnikçi ünsürlər “21 Azər” ərəfəsində bəyanat, elektron dərgisi yaymaq, həmçinin Email, sosial şəbəkələr və etnikçilərə aid saytlar vasitəsi ilə xalqa PDF şəklində material çatdırırlar. Bundan öncə göndərdiyimiz hesabatlar sırasında bu barədə bir daha diqqətinizə çatdırılır ki, siz və sizə tabe olan orqanlar mövzu ilə bağlı tədbir almalıdır.”

Təfsir və təhlil hissəsində isə belə yazılıb: “Sosial şəbəkələr və etnikçi saytlarda yayılan məlumatlarda məlum olur ki, bölücü qüvvələr ana dilində təhsil günündə bir etiraz hərəkatı başlasınlar.”

“Sepah”ın məktubunda aşağıda qeyd etdiyimiz işlər təklif kimi göstərilir:

1- Yüksək səviyyəli tədbir keçirmək, özəl dərgi və sənədli materiallar vasitəsi ilə azəri vilayətlərində bölücü ünsürlər gözdən salınsın.

2- Azərilərin yaşadığı məhrum bölgələr, xüsusi ilə də Azərbaycan Cümhuriyyəti sərhədindəki məntəqələrə investiya yatırılsın.

3- Azəri dili və mədəniyyəti mərkəzinin yaradılması sürətləndirilsin. Mərkəz universitetin nəzarəti altında olan mütəxəssislər və ustadların idarəçiliyində olsun və öyrəncilərin türk dili və ədəbiyyatına maraq göstərmədiyi önə sürülsün. Bildirilsin ki, öyrəncilər Təhsil Nazirliyinin elanına rəğmən Təbriz universitetində türk dili və ədəbiyyatına rəğbət göstərmir.

Sepahın gizli məktubu
Sepahın gizli məktubu

​4- “Traktor” futbol komandasının tərəfdarlarından milli birlik uğrunda və separatçıların əleyhinə istifadə olunsun.

5- Bölücülərlə bağlı azərilərin yaşadığı vilayətlərdə zəncirvari mətbuat orqanları və saytlar yaradılsın.

6- Təşəbbüsü bölücü tərəfdarlarından almaq üçün Türkiyə və Azərbaycan Cümhuriyyətində kəşfiyyat işləri və psixoloji əməliyyatlar artırılsın. Bunun üçün Azərbaycanda talışlar və dinçilərin, Türkiyədə isə ələvilər və kürdlərin potensialından istifadə olunsun.

7- Dövlət rəsmilərinin etniklərin dili, ənənəsi və s. kimi mövzularda ölçüsüz açıqlamaların qarşısı alınsın.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG