Accessibility links

“Sepah” rəsmisi: Bu dəfə etirazlar əyalətdən gələ bilər

Firefighters try to douse the flames after a fire broke out in a commercial building at a textile market in Surat in the western Indian state of Gujarat. The cause of the fire is being investigated and no causality have been reported, fire officials said.

İranda prezident seçkisi ərəfəsində ölkədə gərginliyin artacağından narahatdırlar

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) rəsmisi Nasir Şəbani yanvarın 14-də qarşıdan gələn prezident seçkisi ərəfəsində ölkədə gərginliyin artacağından narahat olduğunu bildirib.

“Media forum” saytının məlumatına görə, Nasir Şəbani böhran keçirən ölkə iqtisadiyyatının yaxın aylarda bölgələrdə etiraza səbəb olacağından ehtiyatlanıb: “Hesab edirik ki, bu dəfə etirazlar Tehrandan yox, əyalətdən gələ bilər. Ölkənin ağır iqtisadi durumu və insanların çətin məişəti zəhmətkeş təbəqəni etirazlara sürükləyə bilər. Lakin bizim bu kimi halların qarşısını almağa kifayət qədər təcrübəmiz var.

Ölkəyə qarşı beynəlxalq sanksiyalar və iqtisadi idarəçilikdəki səriştəsizlik kütləvi etirazların artmasına təsir göstərə bilər və prezident seçkisi ərəfəsində bəzi qüvvələr həmin çaxnaşmalardan öz siyasi məqsədləri üçün yaralana bilər”.
XS
SM
MD
LG