Accessibility links

SEPAH-la PKK-a atışıb, ölənlər var


Atışma
Atışma

Silahlı insident İran-Türkiyə sərhədində yaxın ərazidə olub

İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə PKK terror təşkilatının İran qolu sayılan PJAK qüvvələri arasında silahlı insident baş verib.

APA agentliyinin məlumatına görə, oktyabrın 30-da İran-Türkiyə sərhədində, Maku şəhərinə bağlı Axgeli Boralan bölgəsində yaranmış qarşıdurma zamanı SEPAH-ın 10 hərbçisinin öldürüldüyü və xeyli əsgərinin də yaralandığı bildirilir.

“Fırat” xəbər agentliyinin məlumatına görə, İran hökuməti oktyabrın 25-də PJAK üzvləri olan şəxsləri - Urmiya şəhərinin mərkəzi həbsxanasında Həbibullah Gülpəripur və Salmas şəhərinin həbsxanasında isə Rza İsmayıli Mamedini edam edib. PJAK iki üzvünün dara çəkilməsindən sonra yaydığı açıqlamada İranın 2011-ci ildən bəri davam edən atəşkəs rejimi pozmaq hala gətirdiyini və edamların cavabsız qalmayacağını qeyd edib.

Qeyd edək ki, Maku Şəhəri İcra Hakimiyyətinin başçısı Həmid Əhmədian İRNA-ya açıqlamasında baş vermiş toqquşmada SEPAH-ın bir əsgərinin həlak olduğunu, iki hərbçisinin isə yaralandığını açıqlayıb. Onun sözlərinə görə, PJAK üzvləri Türkiyədən qanunsuz olaraq İran ərazisinə keçməyə cəhd göstəriblər. Nəticədə silahlı atışma baş verib və terrorçulardan da bir neçə nəfər həlak olub.
XS
SM
MD
LG