Accessibility links

Sepah” “Pejak”a bağlı onlarla müxalif silahlı kürdü öldürdüyünü, xeyli şəxsi tutduğunu açıqlayıb. “Pejak” isə “Sepah”ın iddiasını rədd edərək qarşıdurmada 53 “Sepah”çının öldürüldüyünü, onlarla şəxsin yaralandığını iddia edib.

İranın Kürdüstan əyalətinin Sərdəşt şəhərinin 50 kilometrliyində, İraq sərhədinə yaxın bölgədə İran İnqilab Keşikçiləri Korpusu (Sepah) qüvvələri ilə PKK terrorçu təşkilatının İran qanadı sayılan Kürdüstan Azad Həyat Partiyası (Pejak) yaraqlıları arasında baş verən qarşıdurmalarda həlak olanlar var.

“Media forum” saytının məlumatına görə, “Sepah”la “Pejak” qüvvələri arasında silahlı qarşıdurma iyulun 16-dan iyulun 17-si axşam saatlarına qədər davam edib. “Sepah” bəyanat yayaraq “Pejak”a bağlı onlarla müxalif silahlı kürdü öldürdüyünü, xeyli şəxsi tutduğunu açıqlayıb.

“Pejak”ın sözçüsü Şirzad Kamangər isə jurnalistlərə açıqlamasında “Sepah”ın iddiasını rədd edərək qarşıdurmada 53 “Sepah”çının öldürüldüyünü, onlarla şəxsin isə yaralandığını iddia edib.

Şirzad Kamangər bildirib ki, İran hökumət qüvvələri beynəlxalq qanunları pozaraq “Pejak”ın əsas qərargahını ələ keçirmək üçün İraq ərazisinə girməyə cəhd göstərib. “Pejak”ın əsas hərbi bazaları İraq Kürdüstanında yerləşir.

XS
SM
MD
LG