Accessibility links

Sepah” iyulun 22-də bəyanat yayaraq qurum üzvlərini daşıyan maşının terrorçu PKK təşkilatının İran qanadı sayılan Kürdüstan Azad Həyat Partiyası (“Pejak”) qüvvələrini təqib edərkən minaya düşdüyünü bəyan edib.

İranın Kürdüstan əyalətinin sərhədyanı Alvatan bölgəsində İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) 6 üzvü minaya düşərək həlak olub. Ölənlər arasında polkovnik rütbəli komandir də var.

“Media forum” saytının məlumatına görə, “Sepah” iyulun 22-də bəyanat yayaraq qurum üzvlərini daşıyan maşının terrorçu PKK təşkilatının İran qanadı sayılan Kürdüstan Azad Həyat Partiyası (“Pejak”) qüvvələrini təqib edərkən minaya düşdüyünü bəyan edib.

Bəyanatda hadisənin nə vaxt baş verdiyi barədə məlumat verilməsə də, mina parlayışında həlak olan “Sepah”çıların adları yer alıb: “Sepah” komandirlərindən olan polkovnik Abbas Asimi, Əli Əkbər Cəmrasi, Mahmud Əhmədi Təbar, Musəvi Nəjad, Mehdi Xəbir, Ruhulla Səhrayi.

XS
SM
MD
LG