Accessibility links

Rusiya tərəfdarı separatçılar Ukraynanın elan etdiyi atəşkəsi rədd edərək, ölkənin şərqində hərbi münaqişəni davam etdirir.

Ukraynanın sərhəd xidməti prezident Petro Poroşenkonun atəşkəs elan etməsindən bir neçə saat sonra separatçıların Donetsk regionunda sərhəd postlarından birinə gecə hücum etdiyini bildirib.

Separatçı döyüşçülərdən ibarət qrup Donetsk regionunu müdafiə etmək üçün hərbi and verib.

Rusiyanın Xarici işlər naziri Setgey Lavrov belə görünür separatçıları müdafiə edərək, Ukraynanın atəşkəs elan etməsini ultimatum adlandırıb. Səudiyyə Ərəbistanında səfərdə olan Lavrov Moskvanın Kiyevin hərbi əməliyyatlarından narahat olduğunu deyib.

Ukrayna hökuməti öz növbəsində Rusiya prezidenti Vladimir Putiin ölkənin mərkəzi bölgələrində hərbi qüvvələrin döyüş hazırlığını elan etməsilə bağlı narahatlığını bildirib. Rusiya rəsmiləri təlimlərdə 65 min əsgərin iştirak etdiyini deyib.
XS
SM
MD
LG