Accessibility links

Rusiya tərəfdarı separatçılar Ukraynanın hərbi vertolyotunu vurub salıb. Bu haqda məlumatı Ukrayna hərbi qüvvələrinin sözçüsü Vladislav Seleznyov verib. O, vertolyotun Ukraynanın şərqində Slavyansk şəhəri yaxınlığında hava müdafiə sistemindən atılmış raket vasitəsilə vasitəsilə vurulduğunu deyib. Onun sözlərinə görə, ilkin məlumata əsasən vertolyotda olan doqquz həbrçinin hamısı həlak olub.

Ölkənin şərqində Ukrayna əsgərləri ilə döyüşlər aparan Rusiya tərəfdarı separatçıların lideri üsyançıların prezident Petro Poroşenkonun keçən həftənin cümə günü elan etdiyi atəşkəslə paralel olaraq iyunun 27-ə qədər atəşkəsə əməl edəcəyini bildirmişdi.

Prezident Putinə istinadən edən Rusiya xəbər agentlikləri onun atəşkəsin yeddi gündən sonra da davam etməli və sülhə nail olmaq üçün daha əsaslı səylərlə müşayiət olmalı olduğunu dediyi haqda məlumat verib.
XS
SM
MD
LG