Accessibility links

İsveçrə FİFA-nın prezident Sepp Blatterə qarşı cinayət işi başladıb. İsveçrənin Baş Prokurorluq İdarəsi bəyan edib ki, istintaqın cinayət tərkibinə FİFA-nın maliyyəsinin düzgün və məqsədli idarə edilməməsi daxildir.

İdarə bildirib ki, FİFA prezidentinin ofisində axtarış aparılıb və məlumatlar müsadirə edilib.

Blatterin barəsində cinayət işi dünyanın ən nüfuzlu idman qurumunun idarəçiliyində aparılan korrupsiya istintaqı ilə eyni vaxta təsadüf edir.

79 yaşlı Blatter artıqq fevral ayında istefaya gedəcəyi ilə bağlı bəyanat vermişdi. O, bunu təşkilatın yüksək vəzifəli rəsmilərinin korrupsiyada ittiham olunması ilə əlaqələndirmişdi.

Blatterin vəkili Riçard Kallen deyib ki, FİFA sədri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. Kallen deyib ki, dəlillər onna qarşı irəli sürülən ittihamların yalnız olduğunu təsdiq edəcək.

İstintaq açıqlaması FİFA-nın Sürixdə icraçı kominətisinin iclasından bir gün sonraya təsadüg edib.

FİFA-dakı korrupsiya halları ABŞ da araşdırır.

XS
SM
MD
LG