Accessibility links

Tutulanların ağır işgəncələrə məruz qaldığı deyilir

İran Azərbaycanının Sərab şəhərində 41 nəfər azərbaycanlı milli fəal həbs edilib.

Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) məlumatına görə, tutulanların əksəriyyəti 20-34 yasında olan gənclərdir.

Həbs zamanı fəallar ağır işgəncələrə məruz qalıb. Belə ki, GAİP bildirir ki, Camal Musəvinəjad, Həmid Tohidi, Əli Səmədpur və Daryuş Pərvanə agır işgəncələrə məruz qalıb. Əli Səmədpur elektrik şoku nəticəsində komaya düşüb, 4 gün Sepah-ın xəstəxanasında müalicədən sonra komadan ayılıb və yenidən zindana qaytarılıb. Həmid Tohidi isə işgəncədən tanınmaz hala düşüb.

Partiyanın məlumatına görə, ən acınacaqlı durumda olan Babək Bəqayidir. O anadangəlmə əlildir. Anadan olandan Arthrogryposis Multiplex Congenital xəstəlyı var və əlləri, eləcədə ayaqları bükülmür. Bunlara baxmayaraq onu da ağır işgəncəyə məruz qoyublar.

İstintaq tutulanların hamısını Güney Azərbaycan təşkilatlarına bağlılıqda ittiham edib və onlardan silahlarını harada gizlətdiklərini soruşub.
XS
SM
MD
LG