Accessibility links

Serb millətçiləri Mladiçin həbsinə etiraz edir

  • Amerikanın səsi

Serb millətçiləri Mladiçin həbsinə etiraz edir

Serb millətçiləri Mladiçin həbsinə etiraz edir

Bosniyada və Belqradda minlərlə serb millətçisi axtarışda olan Bosniya serblərinin generalı Ratko Mladiçin həbsinə etiraz olaraq nümayiş keçirib. Serbiyanın ultra-millətçi radikal partiyasının tərəfdarları və sağçı təşkilatların üzvləri regionun avtobuslarla müxtəlif bölgələrdən bu gün axşam paytaxt Belqradda keçiriləcək nümayişə gəlib. Mladiçin doöma şəhəri Kalinovikdə Bosniya serblərinin ordusunun keçmiş əsgəri onu dəstəkləyən plakatlar gəzdirib, Serbiya prezidenti Boris Tadiçi xain adlandırmışlar. Mladiç 1995-ci ildə Srebrenitsa şəhərində 8 min müsəlman kişi və oğlanın qətliamına görə soyqırımda ittiham edilir. O, 16 il axtarışda olduqdan sonra keçən həftə Belqrad yaxınlığında həbs edilmişdir.

XS
SM
MD
LG