Accessibility links

Serbiyadakı qaçqınlar acınacaqlı vəziyyətdədir [Video]


Keçən ay medianın hazırladığı geniş reportajlar Belqradın bərbad düşərgələrindəki qaçqınların vəziyyətindən xəbərdarlığa imkan verdi. Lakin bu yaxınlarda yeni bir düşərgə salınmasına baxmayaraq, bir çoxları hələ də açınacaqlı vəziyyətdə yaşayır.

Çoxları üçün bura soyuq görünsə də, Serbiyanın paytaxtı Belqraddakı qaçqınlar üçün burada yaşamaq yaxşı seçimdir.

Bu, sıçovullarla dolu baraklar Macarıstana və Avropa Birliyi ölkələrinə getmək istəyən yüzlərlə insanın sığınacaq yeri olub. “Mən heç vaxt belə yer görməmişdim. Onlar buranı heyvanlar üçün saxlayırdılar. Indi isə biz burada yatırıq” deyə, əfqanıstanlı qaçqın Səid Abid bildirir.

Hesablamalara görə Serbiyada 7500-ə qədər qaçqın var ki, onlardan çoxu qaçqınlar üçün ayrılan 17 düşərgədə qalır. Sonuncu düşərgə keçən ay açılıb ki, insanlar həmin baraklarda donmaq həddinə çatır.

Qaçqın və Köçkünlər Komissariatında İvan Miskoviç: “Bu, humanitar andır və biz heç bir xəsarət almadan, səhhətinə ciddi zərər dəymədən hər bir qaçqını oradan köçürməyə çalışırıq.”

Bu baraklar bərbad vəziyyətdədir, lakin çoxları burada yaşadıqlarına görə minnətdardır və burada yaşamağa davam etmək istəyir. Çoxları burada qapalı düşərgələrdə qalmaq və bəzilərinin yollarda başına gələnlərın qorxusu, eləcə də geri göndərilmək qorxusu ilə yaşayır. Əfqanıstandan qaçqın Əbdül Əkbər Səifi: “Günlərin birində bəlkə də bu düşərgə bağlandı. Onlar qapalı düşərgə yaratmaq istəyirlər və biz ora getmək istəmirik. Biz sərhədi keçmək istəyirik, Ona görə biz burada qalmağa üstünlük veririk.”

Serbiyadan Macarıstana qanuni şəkildə gündə 10 nəfər keçə bilir. Bu isə o deməkdir ki, buradakı qaçqınlar aylarla deyil, illərlə gözləməli olacaqlar. Yəni çoxları üçün qanuni qaçqın siyahısına düşmək ümidsizlik deməkdir.

“Onlar sərhədə getmək istəyir, insan qaçaqmalçıları onları sərhədi keçməyə çağırdıqda bu onlara bir imkan kimi görünür. Çoxları yükünü hazır saxlayır" deyə, Nuno Felisio bildirir.

Bu baraklarda yaşayan qaçqınlara yardım etməyə çalışan Nuno kimi könüllülər də çətinliklərlə üzləşəcək. Bahar gəlincə Serbiyaya gələn qaçqınların sayı da artacaq.

Bu arada, çay kənarında yerləşən baraklar yeni inşaat işlərinə görə sökülməlidir. Hələ bu baraklar durur, qanuni gələcəyə ümidsizlər üçün bura ən pis variant olaraq xidmət göstərir.

XS
SM
MD
LG