Accessibility links

ABŞ Balkanlarda sülh, sabitlik və rifah halının yaxşılaşdırılması səylərini davam etdirir


ABŞ Balkanlarda sülh, sabitlik və rifah halının yaxşılaşdırılması səylərini davam etdirir. Amerika həm Serbiya, həm də Kosovonun Avro-Atlantik inteqrasiya prosesində əməkdaşlığı davam etdirir.

ABŞ-ın BMT-dəki səfirinin müavini Rozmeri Dikarlo deyib ki, Kosovo siyasi inkişaflara nail olub. Amerika Kosovonuni nəzarətli müstəqiliiyinin başa çatmasını alqışlayır. Kosovo etimad səsverməsi yolu ilə nəzarətli müstəqilliyini başa vurub. Beləliklə, bu ölkə çoxmillətli və demokratik dövlətçilik qabiliyyətini nümayiş etdirir.

ABŞ ATƏT-in Serbiyada parlament seçkiləri və Kosovoda prezident seçkilərinə yardım səylərini yüksək qiymələndirir. Kosovo və Serbiya beynəlxalq ictimaiyyətlə demokratik təsisitların inkişaf etdirilməsi və Kosovonun suverenliyinə xələl gətirmədən hər iki millətin səsvermə hüququnun müdafiəsi sahəsində əməkdaşlıq aparıb.

Hazırda Serbiyanın yeni hökuməti fəaliyyətə başlayıb. Amerika Serbiya və Kosovo arasında dialoqun davam etdiriləcəyinə ümid bəsləyir. Buraya hər iki dövlətin iştirakı ilə sərhədlərin müdafiəsi də daxil edilməklə, daha əvvəl əldə edilən razılıqların həyata tətbiqi daxildir.

ABŞ hər iki dövlətin hökumətlərinin konstruktiv əməkdaşlıq vədlərinə əməl etməsini istəyir. Amerika Avropa İttifaqının Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması istiqamətində dialoqun davam etdirilməsinə yardım səylərini alqışlayır.

Lakin bütün bu inkişaflarla yanaşı ABŞ-ı təhlükəsizlik vəziyyəti narahat edir. Belə ki, Kosovonun şimal bölgəsindəki hücumlara mane olunması sahəsində əməkdaşlıq lazımi səviyyədə aparılmır.

Blokadalar qurulması davam etdirilir, hərbi qüvvələrin hərəkətinə mane olunur. Avropada Qanunun Aliliyi Komissiyasının nümayəndələri, NATO-nun başçılıq etdiyi sülhməramlı qüvvələr hələ də təhlükə altındadır.

Səfir Dikarlo şimal bölgələrdə kriminal elementlərin Kosovoda sülhü təhlükəyə saldı\ını deyir.

ABŞ Kosovo serblərinin beynəlxalq təşkilatlarla əməkdaşlığa təşviq ediləcəyinə ümid bəsləyir.
XS
SM
MD
LG