Accessibility links

Serbiya polisi 15 islamçını həbs edib


Serbiya polisi 15 islamçını həbs edib
Serbiya polisi 15 islamçını həbs edib

Serbiya polisi radikal qrupa mənsub olduğu güman edilən şəxsin qonşu Bosniyada ABŞ səfirliyinə atəş açmasından bi gün sonra 15 islamçını həbs edib.

Serbiya daxili işlər nazirliyi bu həbsləri Serbiyanın cənubunda iri müsəlman icmalarının yaşadıqları ərazidə keçirdiyi reyd zamanı edib. Rəsmilər reydin Səudiyyə Ərəbistanından qaynaqlanan Vəhhabi təriqətinə məxsus radikalları hədəf aldığını bildirib.

Cümə günü Mövlud Yasareviç Bosniya paytaxtı Sarayevoda ABŞ səfirliyinin gözətçisini güllə ilə yaralamış, sonradan cavab atəşi nəticəsinə özü də yaralanmış və həbs edilmişdir. Rəsmilər onun bu gün reyd keçirilən ərazidən olduğunu bildirir. Yasareviçin Vəhhabi olduğuna inanılır.

XS
SM
MD
LG