Accessibility links

Serbiya prezidenti ölkəsinin Kosovo ilə dialoqa hazır olduğunu bildirib


Serbiya prezidenti ölkəsinin Kosovo ilə dialoqa hazır olduğunu bildirib

Serbiya prezidenti ölkəsinin Kosovo ilə dialoqa hazır olduğunu bildirib

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq öz müstəqilliyini elan edib

Serbiya prezidenti Boris Tadiç BMT Baş Assambleyasına ölkəsinin Kosovo ilə dialoqa məmnuniyyətlə hazır olduğunu bildirib, lakin Serbiyadan ayrılmış respublikanın müstəqilliyini heç bir zaman tanımayacağını deyib. By gün Assambleyada çıxışı zamanı cənab Tadiç Avropa İttifaqının Serbiya və Kosovo arasında aparacağı dialoqu gözlədiyini və bu dialoqun qarşılqlı güzəştlərə gətirib çıxaracağına ümid etdiyini bildirib. Lakin o, eyni zamanda Serbiyanın mövqeyinin dəyişilməz olaraq qalacağını və Kosovonın birtərəfli müstəqilliyini tanımayacağını bildirib. Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq öz müstəqilliyini elan edib. Belqrad bunu qanunsuz addım adlandırıb. ABŞ və Avropa İttifaqı ölkələrinin əksəriyyəti Kosovonın müstəqilliyini tanısa da, BMT Təhlükəsizlik Şurasının nüfuzlu üzvləri olan Rusiya və Çin Serbiyanı dəstəkləyib.

XS
SM
MD
LG