Accessibility links

Serbiya prokurorluğu Ratko Mladiçi sorğu-suala çəkmək istəyir


Serbiya prokurorluğu Ratko Mladiçi sorğu-suala çəkmək istəyir
Serbiya prokurorluğu Ratko Mladiçi sorğu-suala çəkmək istəyir

Serbiyanın müharibə cinayətləri üzrə prokuroru Bosniyanın serb komandiri Ratko Mladiçin 1990-cı illərdə serblərə qarşı cinayətlərlə bağlı sorğu-suala çəkilməsini istədiyini bildirib. Prokurorluq BMT-dən müsəlman qüvvələrin başçısı Naser Oriç barədə məlumat almaq üçün icazə istəyəcək. Beynəlxaq Haaqa məhkəməsi Oricə bəraət qazandırsa da, Serbiya prokurorluğu məhkəmənin toxunmadığı məsələlərlə bağlı sualları olduğunu deyir. Serblər 1995-ci il kütləvi qırğınından əvvəl minlərlə serbin öldürüldüyünü iddia edir. Mladiç 16 il qacaqlıqdan sonra keçən həftə ələ keçirilib. Sabiq Bosniya serb hərbi komandiri dünən ilk dəfə BMT-nin hərbi Haaqa tribunalı qarşısına çıxarılıb. Lakin Mladiç onun əleyhinə irəli sürülən soyqırım ittiahımını rədd edib. Mladiç üç hakimli məhkəmə heyətinə 1990-cı illlərdə Yuqoslaviya müharibəsində öz xalqı və vətənini müdafiə etdiyini deyib. O, 1995-ci ildə 8000 müsəlman kişi və oğlanın qətlə yetirildiyi Srebrenika qırğınına görə ittiham edilir. Bu, Avropada İkinci Dünya Müharibəsindən sonra ən geniş kütləvi qırğındır. Bosniyanın paytaxtı Sarayevoda 44 ay davam edən döyüşlər nəticəsində 10 min insan həlak olub.

XS
SM
MD
LG