Accessibility links

Minlərlə miqrant Xorvatiya və Serbiyanın sərhədində toplaşıb. Macarıstan rəsmiləri Xorvatiya sərhədini bağladıqları üçün soyuq geceni sərhəddə keçirməli olublar.

2000-ə yaxın insan Serbiya keçmək üçün avtobuslarda gözləməli olub.

Sloveniya rəsmiləri bildirib ki, onların sərhədi bağlamaq barədə planları yoxdur. Sadəcə hər gün sərhədd keçmək istəyən miqrant sayını 2500 endirmək istəyirlər.

Avropa İttifaqı bu ilin sonunadək Suriya və Əfqanıstandan 700 min miqrantın gələcəyini təxmin edir.

İttifaqa üzv ölkələrin liderləri miqrantlar barədə konkret plan hazırlağa nail olmayıblar.

Miqrantların çoxu Avropaya Türkiyə və Yunanıstan vasitəsi ilə keçir. Almaniya Kansleri Anqela Merkel Türkiyəyə sərhədlərinə daha ciddi nəzarət və Avropa dövlətlərindən geri göndərilən miqrantları qəbul etsə Türkiyənin Avropa İttifaqı üzvlüyünə kömək edəcəyinə söz verib.

Türkiyə baş naziri Əhmet Davutoğlu bildirib ki, o, geri qebul etmə razılığını ancaq Avropa İttifaqının türklərə qarşı viza rejimini liberallaşdırsa imzalayacaq.

XS
SM
MD
LG