Accessibility links

Serbiya və Xorvatiya mütəşəkkil cinayətkarları biri-birinə təslim edəcəklər


Serbiya və Xorvatiya mütəşəkkil cinayətkarları biri-birinə təslim edəcəklər
Serbiya və Xorvatiya mütəşəkkil cinayətkarları biri-birinə təslim edəcəklər

Serbiya və Xorvatiya arasında imzalanan sazişə görə ikili vətəndaşlıq daşıyan, cinayəti təsdiq olmuş vətəndaşlar artıq bir ölkədə axtarışda ikən o biri ölkədə sığınacaq tapa bilməzlər

Serbiya və Xorvatiya rəsmiləri mütəşəkkil cinayət və korrupsiyaya görə axtarışda olan vətəndaşlarını biri-birinə təslim etmək barədə razılıq əldə ediblər. İki tərəf 1990-cı ildə Balkan müharibəsi dövrü qatı düşmən idi. Serbiya və Xorvatiyanın qoşulmaq istədiyi Avropa Birliyi üzvlərə cinayət və korrupsiyaya qarşı mübarizəni əsas tələb kimi qoymuşdur. Serbiyanın Ədliyyə Naziri Snejana Maloviç və onun Xorvatiyalı həmkarı İvan Simonoviç çərşənbə axşamı Serbiyanın paytaxtı Belqradda ekstradisya üzrə saziş imzaladılar. Sazişə görə ikili vətəndaşlıq daşıyan, cinayəti təsdiq olmuş vətəndaşlar artıq bir ölkədə axtarışda ikən o biri ölkədə sığınacaq tapa bilməzlər.

XS
SM
MD
LG