Accessibility links

Sərdar Cəlaloğlu: Milli Şura və Rusiya, - bu sırada bir əlaqə var (Video-müsahibə)


Sərdar Cəlaloğlu: Milli Şura və Rusiya, - bu sırada bir əlaqə var
please wait

No media source currently available

0:00 0:12:18 0:00

Sərdar Cəlaloğlu: Milli Şura və Rusiya, - bu sırada bir əlaqə var

ADP sədri prezidentliyə namizəd olmaq istəyir

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Amerikanın Səsinə müsahibəsində prezidentliyə namizədliyini irəli sürəcəyini vəd edib. O Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov və iqtidarın prezidentliyə namizədi İlham Əliyevə müxalifdir. Cəlaloğlu Milli Şuranın Rusiya layihəsi olduğuna inanır.

Müsahibədən seçmələr:

Seçkilərə 3 ay yarım qalmasına baxmayaraq həm cəmiyyətdə süstlük var.
- Azərbaycanda adekvat seçki şəraiti yoxdur. Seçkilərə 3 ay yarım qalmasına baxmayaraq həm cəmiyyətdə süstlük var, həm siyasi müxalifət seçki taktikasını həyata keçirməyə başlamayıb, həm də iqtidar cəmiyyətdə seçki ajiotajı yaratmayıb.

- İqtidar cəmiyyəti seçkiyə hazırlamaq vəzifəsini yerinə yetirmir. Ancaq, əllərində olan hökumət resurslarından özlərinin qələbəsini təmin etmək üçün istifadə edir.

Rüstəm İbrahimbəyovun potensialı və verdiyi vədlər, istərsə də İlham Əliyevin verdiyi vədlər arasında çox böyük uçurum var.
- Milli Şuranın və iqtidarın namizədi Azərbaycan xalqının gələcəyi ilə bağlı ümidlərinə, gözləntilərinə cavab vermir. Xalqın gözlədiyi və arzuladıqları ilə bağlı istər Rüstəm İbrahimbəyovun potensialı və verdiyi vədlər, istərsə də İlham Əliyevin verdiyi vədlər arasında çox böyük uçurum var.

- Üçüncü bir namizədə, xalqın ümidlərini doğruldacaq namizədə çox böyük ehtiyac var. Açığı deyim ki, mən özüm bu
Açığı deyim ki, mən özüm bu seçkilərdə iştirak etmək istəyirəm.
seçkilərdə iştirak etmək istəyirəm. Təvazökarlıqdan kənar da olsa, mən belə hesab edirəm ki, xalqın gözləntiləri ilə bağlı ən azı ideya və fikirləri xalqa çatdırmaq baxımından mən özüm seçkilərdə iştirak etsəm, elə bir funksiyanı yerinə yetirə bilərəm.

- Seçkilərdə iştirak etsəm həm Rüstəm İbrahimbəyova, həm də İlham Əliyevə müxalifət olacam. Mən Azərbaycanın müstəqilliyini və demokratiyanı birləşdirici bir fiqur kimi çıxış edəcəm.

- Mehriban Əliyeva faktoruna ikili yanaşmaq lazımdır. Bir tərəfdən Milli Şuranın tərəfdarlarını seyrəltmək məqsədi güdür. Çünki Mehriban xanım müəyyən bir klanın nümayəndəsi kimi
Mehriban Əliyeva faktoruna ikili yanaşmaq lazımdır.
təqdim olunur. Şirvan zonasının və sairə... Milli Şuranın ətrafında da bu zonanın narazı elektoratı toplanıb. Bu Milli Şuranın səsini ala bilməsi üçün nəzərdə tutulur. Digər tərəfdən iqtidarın özünə qarşı, iqtidarın parçalanması, iqtidardakı klanların parçalanması gətirib çıxaracaq bir fiqur kimi nəzərdə tutulur. Mənə elə gəlir ki, Mehriban xanım həm də bir rezerv variant kimi çıxış edə bilər. Əgər seçkilərdə İlham Əliyevin namizədliyi ciddi problemlərlə qarşılanacaqsa, hakimiyyət ən azı alternativ məcburiyyətində qalarsa, onda Mehriban xanın bir alternativ kimi təqdim ediləcək.

- İndiki proseslərdən görsənir ki, hakimiyyət İlham Əliyevin namizədliyi ilə seçkiyə gedəcək. Belə olan halda Mehriban xanım variantı Milli Şuraya ziyan vuracaq bir ideya kimi ortaya atılıb.

Beləliklə, İsa bəy qabaqcadan ciddi məğlubiyyətlə seçkilərə gedəcək.
- Seçkiyə 20-25 gün qalmış Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa Milli Şura İsa Qəmbərin namizədliyi ilə seçkiyə gedəcək? Onda da seytnota düşəcək. Faktiki olaraq seçki ilə bağlı işləri, təbliğatı görə bilməyəcək. Beləliklə, İsa bəy qabaqcadan ciddi məğlubiyyətlə seçkilərə gedəcək.

- Bir il öncə Amerika Qafqazda, münaqişədə və Azərbaycanda status-kvonun dəyişilməsi ideyasını ortaya atdı. Bu artıq Azərbaycanın tarazlaşdırılmış xarici siyasət kursunun
Bu istiqamətdə Rusiya daha ciddi, inamlı addımlar atır.
sonu deməkdir. Alternativ olaraq Rusiya da daha radikal fikri ortaya atdı. Əgər status-kvo dəyişəcəksə, Rusiyanın mənafeyinə uyğun dəyişməsi ideyasını ortaya atdı. Bu zaman Avrasiya İttifaqına, Gömrük İttifaqına girmək, enerji resurslarının Rusiya üzərindən Avropaya daşınması kimi ideyalara cəhd etmək kimi meyllər ortaya çıxdı. Bu istiqamətdə Rusiya daha ciddi, inamlı addımlar atır.

- Azərbaycan iqtidarı yeni siyasət sərgiləməlidir. Əgər rusiyapərəst siyasət sərgiləsə Amerikadan ciddi təzyiqlərə məruz qalacaq, tam amerikapərəs siyasət yürüdəcəksə Rusiyadan ciddi təzyiqlərlə üzləşəcək. İndi Azərbaycan iqtidarı bu vəziyyətindədir.

Qarşıdan gələn prezident seçkiləri Azərbaycana çoxlu sürprizlər vəd edir.
- Qarşıdan gələn prezident seçkiləri Azərbaycana çoxlu sürprizlər vəd edir. Bunun üçün Azərbaycan müxalifəti də həddən artıq dövlətçilik mövqeyində dayanmalıdır, demokratik dəyərlərdən heç bir halda imtina etməməlidir və xarici faktorun Azərbaycanın daxili işlərinə müdaxiləsinə imkan yaratmamalıdır.

- Rüstəm İbrahimbəyov bəlkə də prezident postuna seçilməyə layiq olan axırıncı namizədlərdən biridir. Çünki Rüstəm
Bu Milli Şuranın hakimiyyət dəyişməsi ilə bağlı optimist olmasının qaynaqları nə ilə bağlıdır.
İbrahimbəyovun heç bir parametri Azərbaycan xalq hərəkatından çıxmış siyasi qüvvələri, eyni zamanda sadə xalq kütlələrini təmsil etməyə, narazı elektoratın arzu və istəklərini ifadə etməyə imkan vermir. Belə olan halda istər-istəməz sual doğur. Bu Milli Şuranın hakimiyyət dəyişməsi ilə bağlı optimist olmasının qaynaqları nə ilə bağlıdır. Və ya Azərbaycanda hakimiyyəti dəyişmək üçün maliyyə resursları, insan resursları nə ilə bağlıdır?

- Beynəlxalq dəstək haradan gələ biləcək? Onda diqqət məhz Rusiyaya yönəlir. Bir tərəfdən Milli Şuranın sədri Rusiyada yaşayır, Rusiyanın müəyyən dairələri ilə əlaqələri var,
Beynəlxalq dəstək haradan gələ biləcək? Onda diqqət məhz Rusiyaya yönəlir.
Milyarderlər İttifaqının üzvüdür. Eyni zamanda, Rusiya Kinematoqrafçılar İttifaqının rəhbərlərindəndir, deyilənlərə görə Rusiya vətəndaşıdır, özünün fəaliyyətinin böyük bir hissəsini Azərbaycandan çox Rusiyada qurub. Bütün bu faktorlar, o cümlədən Milli Şura ilə bağlı Milyarderlər İttifaqının və Putinin müşaviri Söyün Sadıqovun verdiyi bəyanatlar bir daha göstərir ki, Milyarderlər İttifaqı, Milli Şura və Rusiya, bu sırada bir əlaqə var. Buna görə də cəmiyyətdə belə bir fikri var, - Milli Şura rus proyektidir.

Rusiyanın maraqlarını təmin edəcək əsas C variantını işə salmaq üçün aralıq bir B variantı kimi nəzərdə tutulan proyektdir.
- Milli Şura ya əsas element kimi çıxış edəcək. Ya da ikinci dərəcəli element kimi, - Rusiyanın maraqlarını təmin edəcək əsas C variantını işə salmaq üçün aralıq bir B variantı kimi nəzərdə tutulan proyektdir.

- Görürük ki, Milli Şurada və vəd etdikləri hakimiyyət dəyişməsinə heç bir cəhd yoxdur. İstər-istəməz bu da bir sual doğurur. Onda hakimiyyət dəyişməsinə bu qədər optimis yanaşma haradan qaynaqlanır?

Belə çıxır ki, hakimiyyət dəyişməsində pərdə arxası güclər iştirak edəcək.
- Belə çıxır ki, hakimiyyət dəyişməsində pərdə arxası güclər iştirak edəcək. Ona görə də Milli Şura çox optimist bəyanatlar verir, amma heç bir iş görmür.

- Özünü 50 milyonluq azərbaycanlının prezidenti hesab edən bir şəxs, əslinə baxsan özünü Azərbaycanda kiçik bir hakimiyyət qrupunun təmsilçisi kimi təqdim edir. Polislərlə görüşündə polislərin cinayət məsuliyyətinə cəlb edilməməsinin
Azərbaycanda Avropadakı kimi olsa idi İlham Əliyevin polislərin qarşısında çıxışı onun məğlubiyyəti üçün bəs idi.
məhz onun qarşısını aldığını, bununla da prezident kimi qanunların icra edilməsinə təminatçı kimi çıxış etmədiyini, əksinə ayrı-ayrı qruplara qarşı qanunun tətbiqinin qarşısını alan bir şəxs kimi çıxış etdiyini göstərir.

- Azərbaycanda Avropadakı kimi olsa idi İlham Əliyevin polislərin qarşısında çıxışı onun məğlubiyyəti üçün bəs idi.
XS
SM
MD
LG