Accessibility links

Sərdar Əlibəyli həbsinin tənqidi yazıları ilə bağlı olduğunu bildirib

Xətai rayon məhkəməsi “Nota Bene” qəzetinin redaktoru Sərdar Əlibəyli barəsində 2 ay həbs qətimkan tədbiri seçib.

Juranlist iyulun 31-də xuliqanlıq (CM-in 221-ci maddəsi) ittihamı ilə saxlanılıb. O, 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Polis Əlibəyli tərəfindən döyüldüyünü iddia edən bir vətəndaşdan şikayət aldığını iddia edir. Lakin redaktor şikayətçi ilə tanış olmadığını və ümumiyyətlə onunla heç zaman rastlaşmadığını bildirib.

Vəkil Elçin Sadqıov redaktorun həbsinin qəzetində dərc etdirdiyi tənqidi yazılarla bağlı olduğunu deyib.

Əlibəyli də məhkəmədə “mən bir adama qarşı mübarizə aparıram, o da İlham Əliyevdir. Məni İlham Əliyevlə bağlı yazdığım tənqidi məqalələrimə görə həbs ediblər”, jurnalist qeyd edib.

Əlibəyli qəzetindəki kəskin tənqidi yazılarına görə bundan öncə də həbsdə olub.

Redaktorun Facebook səhifəsində dövlət başçısı İlham Əliyevin ünvanına tənqidi qeydləri və kollajı da diqqət çəkir.
XS
SM
MD
LG