Accessibility links

PS.Nota qəzetinin baş redaktoru 4 il azadlıqdan məhrum edilib


Sərdar Əlibəyli
Sərdar Əlibəyli

Sərdar Əlibəyli xuliqanlıqda ittiham edilir

Noyabrın 13-də Bakının Xətai rayon məhkəməsində xuliqanlıqda ittiham olunan PS.Nota qəzetinin və www.psnota.com saytının baş redaktoru Sərdar Əlibəylinin işi üzrə proses başa çatıb.

Əlibəyli yekun çıxışında bildirib ki, hakimiyyətin ünvanına tənqidi nəşrlərinə görə siyasi motivlərlə təqib olunur.

Məhkəmə onu 221.3-cü (silah və ya silah qismində istifadə olunan alət tətbiq etməklə xuliqanlıq) maddə ilə təqsirli bilib və 4 il müddətinə azadlıqdan məhrum edib.
Prokuror məhkəmədən Əlibəylinin 5,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Əlibəyli iyulun 31-də Namiq Əmirov adlı şəxsin şikayəti əsasında həbs edilib.

Əlibəyli tənqidi və təhqiredici nəşrlərə görə dəfələrlə cinayət təqibinə məruz qalıb.
Əlibəylinin həmkarları hesab edirlər ki, bu dəfə həbsə facebook-da dövlət başçısı İlham Əliyevin ünvanına tənqidi yazılar və kollaj, habelə siyasi mühacir İsa Sadıqovun şərləri səbəb olub.
XS
SM
MD
LG