Accessibility links

Serena Uilyams tennis oyunlarını müvəqqəti dayandıracaq


Tennis çempionu Serena Uillyams bu ilin sonu ilk övladını dünyaya gətirəcəyinə görə tennis oyunlarını müvəqqəti dayandıracaq.

Uilyamsın sözçüsü mətbuat qarşısında bəyanatla çıxış edərək Serenanın hamilə olduğunu elan edib.

35 yaşlı Uillyams təxminən 12 həftə əvvəl, yanvar ayında Avstralian Open adlı hər il keçirilən tennis turnirində 23-cü Grand Slam tituluna layiq görülüb.

O zamandan bəri Serena yarışlarda iştirak etməyib. İdmançı dizindən zədə aldığını səbəb gətirərək Kaliforniya ştatının İndian Uells şəhəri və Floridada Ki Biskeyn şəhərində keçirilən turnirdə iştirak etməkdən imtina edib.

XS
SM
MD
LG