Accessibility links

Nyu-York ştatının baş prokuroru prezidentin fondların kəsilməsinə dair konstitusional hüquqa malik olmadığını deyib

Nyu-York ştatının baş prokuroru Erik Şnayderman prezidentin sərəncamını sual altına alaraq, Trampın fondların kəsilməsinə dair konstitusional hüquqa malik olmadığını deyib.

«Mən prezidenti qərarını dəyişməyə çağırıram. Əks təqdirdə bütün səlahiyyətlərimdən istifadə etməklə buna qarşı çıxacağam»-deyə prokuror bildirib.

Mən prezidenti qərarını dəyişməyə çağırıram

Sığınacaq şəhərləri federal hökumətə həbs və ya deportasiyaları ilə bağlı qeyri-qanuni mühacirlər barədə məhdud məlumat verir. 40 şəhər və 364 dairə ölkədə sığınacaq yeri hesab edilir.

Ağ Evin mətbuat katibi Şon Spayser deyib ki, federal hökumət qanunlara riayət edilməsində heç bir güzəştə getməyəcək.

«Biz qanunsuz mühacirlərə sığınacaq verən ştatları federal qrantlardan məhrum edəcəyik. Amerika xalqını qanuna hörmətsizliyə subsidiya ödəməyə məcbur edə bilmərik» – deyə Spayser bildirib.

Erik Şnayderman

Erik Şnayderman

Respublikaçı prezident ölkəyə qaçqın qəbuluna 4 ay müddətinə, İraq, İran, Liviya, Suriya, Somali, Sudan və Yəmən kimi müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdən olan insanların isə azı 30 gün ərzində Amerikaya girişinə qadağa qoyulacağını deyib.

XS
SM
MD
LG