Accessibility links

NASA cırtdan planet Sereranın görüntülərini yayıb


Serera Günəş sisteminə daxil olan ən yaxın cırtdan planetdir

ABŞ-ın kosmik fəza və aeronaftika idarəsi NASA Günəş sistemində Yupiter və Mars arasında yerləşən cırtdan planet Sereranın görüntülərini yayıb.

Serera Günəşə ən yaxın cırtdan planetdir. NASA-nın təqdim etdiyi şəkillər və videoda planetin indiyə qədər görünməməiş detalları nəzərə çarpır.

Video ilk dəfə xəritə düzəltmək məqsədilə orbitə çıxarılmış Dawn kosmik cihazı tərəfindən 13 min kilometr yüksəklikdə çəkiliib. Bundan əlavə 5 min kilometr yüksəklikdən çəkilən daha yeni şəkillər də var.

Serera asteroid qurşağındakı ən böyük əngəldir. Onun diametri 950 kilometrdir. Bu, Yer kürəsinin ölçüsünün 8-də birini təşkil edir.

Serera Günəş sistemində yeganə cırtdan planetdir ki, nə tam ölçüdə planet, nə də təbii peyk hesab edilir.

Dawn xəritə tərtib etmək məqsədilə orbitə ikinci dəfə iyunun 3-də çıxarılıb və bir neçə həftə boyunca Sereranı müşahidə edəcək.

Kosmik gəmi NASA-nın Marshall Kosmik Uçuş Mərkəzi tərəfindən idarə olunan Kəşf Proqramının tərkib hissəsidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG