Accessibility links

Sergey Lavrov: "Rusiyanın öz inqilabı olub və başqalarını buna çağırmağa ehtiyacı yoxdur"


Sergey Lavrov: "Rusiyanın öz inqilabı olub və başqalarını buna çağırmağa ehtiyacı yoxdur"
Sergey Lavrov: "Rusiyanın öz inqilabı olub və başqalarını buna çağırmağa ehtiyacı yoxdur"

Rusiya xarici işlər naziri bu açıqlamanı Londonda Britaniya xarici işlər naziri Villiam Haqla birgə mətbuat konfransında verib

Rusiya xarici işlər naziri deyir ki, ABŞ və Qərbin Yaxın Şərqdə İnqilablara və demokratiya tərəfdarı nümayişlərə çağırmasının bu ölkələr üçün əks-effekto ola bilər. Sergey Lavrovun sözlərinə görə, Rusiyanın öz inqilabı olub və başqalarını buna çağırmağa ehtiyacı yoxdur. Lavrov bu açıqlamanı Londonda Britaniya xarici işlər naziri Villiam Haqla birgə mətbuat konfransında verib. Konfrans nazirlərin təkbətək görüşündən sonra baş tutub. Son həftələr baş qaldırmış üsyanlar Misir və Tunisdə uzun müddətli rejimlərə son qoyub. Hazırda bu tendensiya İran, Bəhreyn və Yəməndə davam edir. Dünən ABŞ dövlət katibi Hillari Klinton İran müxalifətinin hərəkətlərini alqışlamışdı.

XS
SM
MD
LG