Accessibility links

Sergey Lavrov: Azərbaycan Rusiya üçün regionun ən önəmli ölkəsidir


Sergey Lavrov

Sergey Lavrov

“Azərbaycan bizim üçün regionun ən önəmli ölkəsidir. Ölkənin çox qısa zaman ərzində Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilməsi də bunun bariz nümunəsidir ". APA agentliyininməlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aleksandr Qorçakov adına Diplomatiya Fondunun təşkil etdiyi “Gələcək naminə dialoq” proqramının iştirakçıları ilə görüşündə bildirib.

Proqrama Azərbaycandan qatılan Litvanın Vytautas Magnus Universitinin diplomatiya üzrə magistrantı Fuad Şahbazovun Azərbaycan-Rusiya əlaqələri barədə sualına cavab verən rusiyalı nazir bildirib ki, Azərbaycan hökuməti Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamaqla hər iki ölkənin strateji tərəfdaş olduğunu əməldə də isbat etdi: "Bizim Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığımız sürətlə davam edir. Belə ki, biz Azərbaycanda yetişdirilən növbənöv meyvə-tərəvəzin Rusiya bazarlarına daşınmasında çox maraqlıyıq. Onu da qeyd edim ki, mən Azərbaycan mətbəxinin çox böyük heyranıyam”.

Qeyd edək ki, Aleksandr Qorçakov adına Diplomatiya Fondunun təşkil etdiyi “Gələcək naminə dialoq” layihəsində 20-dən artıq müxtəlif ölkənin təmsilçiləri iştirak edib. Layihə çərçivəsində Rusiya Federasiyasının bir sıra dövlət qurumlarına ziyarətlər təşkil edilib, dövlət nümayəndələri, nazirlər, politoloqlar, tanınmış siyasi və ictimai xadimlərlə görüşlər keçirilib.

XS
SM
MD
LG