Accessibility links

Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri başlayır


Sergey Lavrov :və Elmar Məmmədyarov

Sergey Lavrov :və Elmar Məmmədyarov

Səfər zamanı regional və beynəlxalq məsələlər müzakirə ediləck. Danışıqların gündəliyinə Xəzər və Dağlıq Qarabağ nizamlanması da daxildir.

İyunun 17-18-də Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanda rəsmi səfərdə olacaq

Səfər proqramı çərçivəsində S.Lavrov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcək.

Bu, cari ildə iki ölkə nazirinin dördüncü görüşü olacaq. Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və Mətbuat Departamentinin məlumatına görə, səfər zamanı tərəflər regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Bu ilin sentyabrında Rusiyanın Həştərxan şəhərində keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq baxımından Xəzər mövzusuna diqqət ayrılacaq. Danışıqların gündəliyinə Dağlıq Qarabağ nizamlanması da daxildir.

Sergey Lavrovun prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi də ehtimal olunur.
XS
SM
MD
LG